Kanada yerin stratosfer qatına teleskop yerləşdirəcək


Digərləri 21 İyl 2021 18:24:00 138 0

Kanada yerin stratosfer qatına teleskop yerləşdirəcək

Kanadanın bir neçə universiteti Kanada Kosmik Agentliyi və NASA ilə birgə hava şarı vasitəsilə kosmik teleskopun göndərilməsini planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, "SuperBIT" teleskopu Yerin stratosfer qatında yerləşdiriləcək.

Teleskopun buraxılışı üçün heliumlu hava şarından istifadə olunacaq.

Uçuşun 2022-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Teleskopun 40 kilometr hündürlükdə müşahidələr aparması nəzərdə tutulur.