Dayanacaqda maska taxmayanlar cərimələndi FOTO


Digərləri 21 İyl 2021 18:06:00 137 0

Dayanacaqda maska taxmayanlar cərimələndi  FOTO

Siyəzən rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.