​İki qardaş əlbir olub Lənkəranda ev oğurluğuna getdi


Digərləri 20 İyl 2021 22:41:00 157 0

​İki qardaş əlbir olub Lənkəranda ev oğurluğuna getdi

Lənkəran rayonunun Xarxatan kənd sakini Y.Babayevə məxsus yaşayış evindən 4890 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş C.Hüseynov və qardaşı R.Hüseynov olduqları müəyyən edilib.

Onların hər birinin üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanıb.

Oğurladıqları əşyaların bir qismi isə onların saxladıqları yerdən aşkarlanaraq götürülüb.