Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırılıb FOTO


Digərləri 20 İyl 2021 21:49:00 58 0

Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırılıb  FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, 

Milli Mətbuatın 146-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media qurumlarının redaktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərasimdə çıxış edənlər Azərbaycan mətbuat tarixinə nəzər salaraq milli mətbuatın banisi Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən "Əkinçi" qəzetinin tarixi əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, "Əkinçi" qəzetinin ənənələri bu gün milli ruhlu, vətənpərvər və peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır və zənginləşdirilir. Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsi dövründəki fədakar əməyi "Əkinçi" qəzetinin maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirdi ki, Vətən müharibəsi zamanı informasiya cəbhəsində öz peşə fəaliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsinə yönəlmiş dövlət siyasətinə dövlət-QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.

İcraçı direktor görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar, yaradıcı, araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyətinin müasir dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnək olduğunu qeyd etdi. Vurğuladı ki, Həsən Bəy Zərdabi xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında çox böyük rol oynayıb.

Tədbirdə 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərlə yanaşı, ölkənin aparıcı media qurumlarının rəhbərləri, mətbuat xidmətlərinin rəhbərləri də mükafatlandırılıb.

Nadir mavi almaz hərracda 40 milyon dollara satılıb like
  • 20 İyl 21:45  
Digərləri Nadir mavi almaz hərracda 40 milyon dollara satılıb

Cənub Afrika Respublikasının Kullinan mədənində tapılan 39,3 karatlıq ma

arrow Ətraflı
Hansı məhsullar xərçəngin yaranmasına səbəb ola bilər? like
  • 20 İyl 21:40  
Digərləri Hansı məhsullar xərçəngin yaranmasına səbəb ola bilər?

Həkim Aleksandr Myasnikov qırmızı ətin həddindən artıq istehlak edildiyi

arrow Ətraflı
Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi like
  • 20 İyl 21:32  
Dünya Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Arşak Karapetya

arrow Ətraflı
Paşinyan deputat mandatından like
  • 20 İyl 21:29  
Siyasət Paşinyan deputat mandatından

Ermənistan parlamentinə 18 namizəd, o cümlədən "Vətəndaş müqavil

arrow Ətraflı
Göyçayda 17 yaşlı oğlan su kanalında batıb like
  • 20 İyl 21:21  
Digərləri Göyçayda 17 yaşlı oğlan su kanalında batıb

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.

arrow Ətraflı
Az yatmaqla sağlam qalmaq mümkündürmü? like
  • 20 İyl 21:20  
Digərləri Az yatmaqla sağlam qalmaq mümkündürmü?

Yaxın vaxtlarda Avstraliya alimləri yuxudan məhrum olan insanların xərçən

arrow Ətraflı
Samuxda bayram günü ailə faciəsi  FOTO like
  • 20 İyl 21:19  
Digərləri Samuxda bayram günü ailə faciəsi FOTO

Samuxda baş vermiş yol qəzasında xəsarət alanların adları məlum olub.

arrow Ətraflı
Qanda dəmir çatışmazlığı nəylə təzahür edə bilər və nə etməli? like
  • 20 İyl 21:15  
Digərləri Qanda dəmir çatışmazlığı nəylə təzahür edə bilər və nə etməli?

Qanda dəmir çatışmazlığı özünü yuxululuq, pis əhval-ruhiyyə, halsız

arrow Ətraflı
Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb like
  • 20 İyl 21:10  
Digərləri Azərbaycanda mobil və sabit internetin sürəti iyunda artıb

Bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkəl

arrow Ətraflı
Günəş şüalarının dəriyə təsiri like
  • 20 İyl 20:55  
Digərləri Günəş şüalarının dəriyə təsiri

Yaz-yay mövsümü qadınların dəri problemlərinin üzə çıxdığı və onl

arrow Ətraflı
Ağac tozcuqları koronavirus daşıyıcısı ola bilərmi? like
  • 20 İyl 20:50  
Digərləri Ağac tozcuqları koronavirus daşıyıcısı ola bilərmi?

Kiprdəki Nikosin Universitetinin tədqiqatçıları KOVID-19 kimi virusların a

arrow Ətraflı
Sarıkök ilə sağlamlığı necə yaxşılaşdırmaq olar like
  • 20 İyl 20:45  
Digərləri Sarıkök ilə sağlamlığı necə yaxşılaşdırmaq olar

Həkim-dietoloq Coş Aks sarıkökün faydaları haqqında danışaraq, bu ədvi

arrow Ətraflı
Dənizdə üzməyin hansı faydaları var? like
  • 20 İyl 20:40  
Digərləri Dənizdə üzməyin hansı faydaları var?

Yay mövsümündə insanların ən çox üz tutduğu məkanlardan biri dəniz v

arrow Ətraflı