Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var


Digərləri 20 İyl 2021 22:09:00 134 0

Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.