Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi


Dünya 20 İyl 2021 21:32:00 150 0

Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Arşak Karapetyanın ölkənin müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

Son.az modern.az-a istinadən bildirir ki, Karapetyan son təyinatına qədər Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsini tutub.

Xatırladaq ki, bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Bununla bağlı isə sərəncamı ölkə prezidenti Armen Sarkisyan imzalayıb.