Ağac tozcuqları koronavirus daşıyıcısı ola bilərmi?


Digərləri 20 İyl 2021 20:50:00 141 0

Ağac tozcuqları koronavirus daşıyıcısı ola bilərmi?

Kiprdəki Nikosin Universitetinin tədqiqatçıları KOVID-19 kimi virusların ağaclardan çıxan tozcuqlar vasitəsilə yayıla biləcəyini söyləyib. Alimlərr söyüd ağacının kompüter modelini yaradıb və tozcuqların yayılmasını simulyasiya edib.

Son.az deyerler.org-a istinadən bildirir ki, bunu etmək üçün mütəxəssislər inkişaf etmiş hidrodinamik modellərdən istifadə edib. Məlum olub ki, tozcuqlar yüngül küləkdə bir dəqiqə içində 20 metr məsafə uçaraq, insan kütləsi içərisinə virus hissəciklərini daşıya bilər. Tədqiqat müəllifləri 1,5 metr məsafənin koronavirusun yayılma riskini azaltmaq üçün kifayət etmədiyi qənaətinə gəlib.