Bakıda "Mercedes" avtobus dayanacağına çırpılıb


Digərləri 20 İyl 2021 20:12:00 145 0

Bakıda "Mercedes" avtobus dayanacağına çırpılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı avtobus dayanacağına çırpılması barədə məlumat daxil olub.

Son.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.