Valve şirkəti Steam Deck adlı portativ oyun konsolunu təqdim edib İ


Digərləri 20 İyl 2021 19:15:00 85 0

Valve şirkəti Steam Deck adlı portativ oyun konsolunu təqdim edib  İ

Valve şirkəti özünün portativ oyun konsolunu təqdim edib. Steam Deck adını əldə etmiş yeni portativ konsol Nintendo Switch ilə rəqabət aparmalıdır. Təqdim edilmiş yeni portativ oyun konsolu 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyən 1200x800 piksel keyfiyyətli 7 düym ekrana sahibdir. Ekran həm sağdan həm də soldan müxtəlif idarəetmə düymələri ilə əhatə edilib. Bununla yanaşı idarəetmə düymələrinin yerləşdikləri yerlərdə joysticklər və sensorlu panellər mövcuddur. Əsas texniki özəlliklərə gəldikdə isə Steam Deck konsolu Zen 2 arxitekturasına sahib AMD prosessoru, 3.5 GHz tezlikdə çalışan RDNA 2 qrafik sürətləndirici, 1.0-1.6 GHz tezlikdə çalışan GPU və 16 GB RAM ilə təchiz olunub.

Steam Deck-in daxili yaddaş həcminə gəldikdə isə o bu məsələdə 3 variantda təqdim olunub: 64 GB eMMC (PCle Gen 2), 256 GB NVMe SSD (PCle Gen 3) və 512 GB NVMe SSD (PCle Gen 3). Oyun konsolunun hər 3 versiyası microSD dəstəyinə sahibdir. Bununla yanaşı Steam Deck Bluetooth 5.0, 2 diapazonlu Wi-Fi, USB-C girişi ilə təchiz olunub. Konsolun USB-C girişi təsvirin xarici ekrana saniyədə 60 kadr sürətlə 8K keyfiyyətində və saniyədə 120 kadr sürətlə 4K keyfiyyətində əks olunmasını dəstəkləyir. Bunun üçün oyun konsolunun komplektində olan xüsusi qoşulma stansiyasından istifadə etmək lazımdır. Qoşulma stansiyasında 2 ədəd USB-A 2.0, 1 ədəd USB-A 3.1, DisplayPort 1.4, HDMI 2.0, Power Delivery dəstəkli USB-C və Ethernet girişləri mövcuddur.

Konsol 40 vatt saat gücündə olan batareya ilə çalışır. Oynanılan oyundan asılı olaraq konsol bu batareya vasitəsilə 2-8 saat çalışa bilir. Steam Deck 45 vatt gücündə olan şarj cihazı vasitəsilə şarj olunur. Proqram təminatına gəldikdə, konsol SteamOS 3.0 vasitəsilə çalışır. Onun daxilinə Steam mağazası inteqrasiya edilib. İstifadəçi öz istəyinə uyğun olaraq Steam Deck-ə Windows və ya digər əməliyyat sistemini quraşdıra biləcək. Steam Deck bu ilin dekabr ayında satışa çıxacaq. 64 GB yaddaşa sahib model 400$-a, 256 GB yaddaşa sahib model 530$-a, 512 GB yaddaşa sahib model isə 650$-a satılacaq.

İtaliyada kriptovalyuta birjası qadağan olundu like
  • 20 İyl 19:10  
Digərləri İtaliyada kriptovalyuta birjası qadağan olundu

İtaliyanın birja tənzimləyici orqanı "Binance Group" adlı şirk

arrow Ətraflı
Malinin müvəqqəti prezidentinə hücum edənlər saxlanıldı like
  • 20 İyl 18:52  
Dünya Malinin müvəqqəti prezidentinə hücum edənlər saxlanıldı

Malinin müvəqqəti prezidenti Assimi Qoita Bamakoda məsciddə bu gün ona edi

arrow Ətraflı
"Hüseyn pul verdi ki, get plastik əməliyyat etdir" like
  • 20 İyl 18:46  
Şou-biznes "Hüseyn pul verdi ki, get plastik əməliyyat etdir"

Aktrisa Gültac Əlili plastik əməliyyat etdirib.

arrow Ətraflı
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır like
  • 20 İyl 18:40  
Siyasət Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Cənub Qaz Dəhlizi Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi ke

arrow Ətraflı
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları like
  • 20 İyl 18:28  
Digərləri Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiz

arrow Ətraflı
Adam öldürdü, iz itirmək üçün evi və meyiti yandırdı  FOTO like
  • 20 İyl 18:22  
Digərləri Adam öldürdü, iz itirmək üçün evi və meyiti yandırdı FOTO

Abşeron rayonu Qobu qəsəbəsində bir neçə gün əvvəl baş verən ağır

arrow Ətraflı
Şeyma Acundan aldığı təzminatdan imtina etdi like
  • 20 İyl 18:16  
Şou-biznes Şeyma Acundan aldığı təzminatdan imtina etdi

Aparıcı və "TV 8"in rəhbəri Acun Ilıcalı sevgilisi Çağladan d

arrow Ətraflı
Şarl Mişelin səfəri Aİnin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini göstərdi like
  • 20 İyl 18:09  
Siyasət Şarl Mişelin səfəri Aİnin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini göstərdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səf

arrow Ətraflı
Ceyhun Bayramov Məhəmməd Zərif ilə telefonla danışıb like
  • 20 İyl 18:02  
Siyasət Ceyhun Bayramov Məhəmməd Zərif ilə telefonla danışıb

20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazi

arrow Ətraflı
FHNdən sürücülərə müraciət  VİDEO like
  • 20 İyl 17:55  
Digərləri FHNdən sürücülərə müraciət VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

arrow Ətraflı
Nazim oğlunun toy tarixini açıqladı like
  • 20 İyl 17:48  
Şou-biznes Nazim oğlunun toy tarixini açıqladı

Müğənni Nazim Pişyari oğlunun toy tarixini açıqlayıb.

arrow Ətraflı
Hacıqabulda əməliyyat: Saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı like
  • 20 İyl 17:41  
Digərləri Hacıqabulda əməliyyat: Saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə

arrow Ətraflı
Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur like
  • 20 İyl 17:27  
Digərləri Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur

Keçən il koronavirus səbəbilə təsirə məruz qalan uşaq peyvəndləri yet

arrow Ətraflı
Ermənistanın müdafiə naziri istefa verdi like
  • 20 İyl 17:06  
Dünya Ermənistanın müdafiə naziri istefa verdi

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.

arrow Ətraflı
Türkiyənin məşhur aktrisası xəstəxanaya yerləşdirildi like
  • 20 İyl 16:59  
Şou-biznes Türkiyənin məşhur aktrisası xəstəxanaya yerləşdirildi

Türkiyəli aktrisa Fatma Girikın həti pisləşib və xəstəxanaya yerləşdi

arrow Ətraflı