Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur


Digərləri 20 İyl 2021 17:27:00 166 0

Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur

Keçən il koronavirus səbəbilə təsirə məruz qalan uşaq peyvəndləri yetkinlik yaşına çatmayanlarda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə bəyanatında bildirilib.

"Ölkələr COVID-19 peyvəndləri ilə mübarizə apararkən digər peyvəndlərdən geri qalırıq, uşaqları qızılca, poliomielit və ya meningit kimi riskli, lakin qarşısı alına bilən xəstəliklərə məruz qoyuruq. Çoxsaylı epidemiyalar cəmiyyətlər və sağlamlıq sistemləri üçün fəlakətli olacaq. Bütün səhiyyə sistemləri COVID-19-la mübarizə aparır. Bu səbəbdən uşaq peyvəndlərinə sərmayə qoymaq və hər uşağın vaksinlənməsini təmin etmək hər zamankından daha vacibdir", - ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib.

Təşkilat bu səbəbdən Pakistanda qızılca epidemiyasının artıq başladığını açıqlayıb. Eyni zamanda hazırda Hindistan, Pakistan, İndoneziya, Filippin, Meksika, Anqola, Tanzaniya, Mozambik, Argentina, Venesuela və Mali difteriya, tetanus və göy öskürək peyvəndlərindən korluq çəkir.