"Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb, elə şey olar?"


Şou-biznes 20 İyl 2021 14:25:00 82 0

"Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb, elə şey olar?"

Aktrisa Pərvin Abıyevanın mərhum rejissor Şahin Zəkizadə haqda dedikləri cavabsız qalmayıb.

Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə axşam.az-a açıqlama verərək aktrisanın dediklərinə cavab verib. Səbinə bildirib ki, Pərvinin dedikləri gerçək deyil:

"İlk əvvəl onu demək istəyirəm ki, ölmüş insanın arxasınca danışmaq, onunla gündəmə gəlmək nə dərəcədə düzgündür? Şahinlə neçə il evli olmuşuq. Pərvin həm Şahinin dostu, həm də mənim rəfiqəm olub. Şahinin ilk evliliyindən bir qızı, mənimlə nikahından oğlu var. Ölmüş insanla reklam etmək düzgün deyil. Bu adam subay olmayıb ki, arxasınca bu cür danışır. Şahin sevdiyi insanla ailə həyatı qurdu. Çox söz deyərdim, amma lazım bilmirəm. Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb. Elə şey olar?".

Səbinə Pərvinin "Ölsəm bağışla" şeirini mənə yazmışdı" sözlərinə isə "Həmin şeir heç vaxt ona hitab edilməyib. Biz Şahinlə həm yaxşı, həm pis gündə bir yerdə olduq" reaksiyasını verib.

S.Zəkizadə bildirib ki, Şahin xəstəxanada olanda Pərvin cəmi bir dəfə ona baş çəkib:

"Şahin 2017-ci ildə dünyasını dəyişdi. Niyə durub 4 il sonra açıqlama verir? Onun sözündən belə çıxır ki, bütün kişilər bunun üçün ölür, amma o, heç kimi sevmir. Şahin xəstəxanaya düşəndə bircə dəfə Kənan M.M.-lə gəldilər. Bir də dünyasını dəyişəndə, başqa gəlməyib".

"Səbinə Pərvinin "Onları mən tanış etmişəm" sözlərinə əsəbiləşib:

Şahinlə bu aləmdən tanış idik. Serial çəkirdi, Pərvini çağırmışdı. "oğurlanmış arzular" serialında Pərvinlə bir idik. Sonra Pərvin dedi ki, Şahin film çəkir, sən də gəl. Belə olub. Bizi tanış etməyib".

Hazırda Türkiyədə yaşayan Səbinə Azərbaycandan köçməsinin səbəbini açıqlayıb:

"Şahin dünyasını dəyişəndən sonra Bakıdan köçdüm ki, söz-söhbətlərdən uzaq olum. Övladımla rahat yaşayıram. Seyid Əli 6 yaşındadır, məktəbə hazırlaşır. Vətəndən getdim ki, kimsənin gözünə girməyim. Deməsinlər, filankəsin yoldaşı belə etdi.

Buradan proqramlara da səslənirəm ki, Şahin Zəkizadə adından istifadə etməsinlər. Pərvinə suallar verilib, o da cavab verməyə bilərdi. 500 manata görə nə ilə efirdə reklam qazanırlar. Proqramdakıları günahlandırıram, buraxın insan rahat yatsın. Şahinin adını kimdəsə eşitsəm, başqa cür cavab alacaqlar. Şeirlərini də istifadə etmələrinə qadağa qoyuram".

Qeyd edək ki, Pərvin Abıyeva Şahin Zəkizadə haqda "Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə proyektimiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. "Ölsəm bağışla" şeirini mənə həsr etmişdi" sözlərini deyib.

“Əjdərbəy” məscidində bayram namazı qılınıb  FOTO like
  • 20 İyl 14:19  
Digərləri “Əjdərbəy” məscidində bayram namazı qılınıb FOTO

Qurban bayramı ilə əlaqədar Bakıdakı "Əjdərbəy" məscidində

arrow Ətraflı
Bəkir Şahin Kamran Əliyevə zəng edib like
  • 20 İyl 14:12  
Siyasət Bəkir Şahin Kamran Əliyevə zəng edib

İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir

arrow Ətraflı
Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib like
  • 20 İyl 14:05  
Dünya Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib

Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib.

arrow Ətraflı
Cibgir avtobusda oğurluq edərkən yaxalandı like
  • 20 İyl 13:51  
Digərləri Cibgir avtobusda oğurluq edərkən yaxalandı

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ər

arrow Ətraflı
Saat 17:00da bu hadisə baş verəcək  FOTO like
  • 20 İyl 13:44  
Dünya Saat 17:00da bu hadisə baş verəcək FOTO

DİQQƏT! Saat 17:00-da bu hadisə baş verəcək

arrow Ətraflı
Kamran Əliyev İqor Krasnov ilə telefonla danışdı like
  • 20 İyl 13:37  
Siyasət Kamran Əliyev İqor Krasnov ilə telefonla danışdı

İyulun 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Ru

arrow Ətraflı
Başda şəhid ailələri olmaqla hər kəsin Qurban bayramını təbrik edirəm  Hüseyn Altınalan like
  • 20 İyl 13:30  
Siyasət Başda şəhid ailələri olmaqla hər kəsin Qurban bayramını təbrik edirəm Hüseyn Altınalan

Başda şəhid ailələri olmaqla hər kəsin Qurban bayramını təbrik edirəm

arrow Ətraflı
Toy təşkilatçıları qonaqların sayına görə cərimələndi like
  • 20 İyl 13:23  
Digərləri Toy təşkilatçıları qonaqların sayına görə cərimələndi

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının ra

arrow Ətraflı
Toya gedən koronavirus xəstəsi restorana buraxılmadı  FOTOlar like
  • 20 İyl 13:09  
Digərləri Toya gedən koronavirus xəstəsi restorana buraxılmadı FOTOlar

İsmayıllı Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlə

arrow Ətraflı
Ermənistanda son sutkada koronavirusa 194 nəfər yoluxub like
  • 20 İyl 13:02  
Dünya Ermənistanda son sutkada koronavirusa 194 nəfər yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

arrow Ətraflı
ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib like
  • 20 İyl 12:55  
Siyasət ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik ed

arrow Ətraflı
Sabah da 44 dərəcə isti olacaq like
  • 20 İyl 12:48  
Digərləri Sabah da 44 dərəcə isti olacaq

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı