2ci sinif şagirdi bədbəxt hadisə nəticəsində öldü


Digərləri 20 İyl 2021 11:47:00 144 0

2ci sinif şagirdi bədbəxt hadisə nəticəsində öldü

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

Son.az APA-ya istinadən bildirir ki, ötən gün axşam saatlarında rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkən vəziyyətinin ağır olması səbəbindən bu gün səhər saatlarında Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.