Zəngilanda qurban kəsdilər FOTO


Digərləri 20 İyl 2021 10:32:00 68 0

Zəngilanda qurban kəsdilər  FOTO

Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar. Azad edilmiş ərazilərdə salınan ilk "Ağıllı kənd"in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduğunu bildiriblər.

Kənd Təsərrüfat Nazirliyindən Son.az-a verilən məlumata görə, Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib. Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər.

Qurbanlıqlar kəsildikdən sonra sakinlər daha bir arzularına çatıblar. Onlar doğma yurdlarında ilk dəfə yemək bişirib, süfrə açıb, Qurban bayramını qeyd ediblər.

Sakinlərə "Ağıllı kənd"in mahiyyəti, layihə şərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, burada salınan "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Sakinlər tezliklə öz yurdlarına qayıtmaq niyyətində olduqlarını, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində həvəslə iştirak eədəcklərini bildiriblər.

Kənd icra nümayəndəsi Gəray Hüseynov qeyd edib ki, Ağalı sakinləri sevinc hissi ilə öz kəndlərinə qayıtmağa hazırlaşırlar: "Ağalı camaatı əhd etmişdi ki, torpaqlarımız işğaldan azad olunsun, gəlib öz qurbanlarımızı kəndimizdə kəsək. Şükürlər olsun ki, bu bizə nəsib oldu, camaatımız istəklərinə nail oldu. Sakinlərimiz Cocuq Mərcanlıdan bura qədər göz yaşı tökərək gəliblər, amma bu, sevinc göz yaşları idi. Onlar gələn kimi ilk olaraq əyilib bu torpaqdan öpdülər. Dedilər Şükürlər olsun ki biz bu gün Ağalı kəndinə qayıtmışıq. Onlar gəlib bu layihəni görəndən sonra, bu evləri görəndən sonra sevinclərinin həddi hüdudu olmadı".

Qeyd edək ki, "Ağıllı kənd"də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Bakı limanı TIR parkının yaradılmasın planlaşdırır like
  • 20 İyl 10:23  
Digərləri Bakı limanı TIR parkının yaradılmasın planlaşdırır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəqəmsallaşma və beynəlxalq əmə

arrow Ətraflı
BDUnun dosenti vəfat etdi like
  • 20 İyl 10:22  
Digərləri BDUnun dosenti vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilç

arrow Ətraflı
Həyətində 100 nəfərlə toy etdi, cərimələndi like
  • 20 İyl 10:17  
Digərləri Həyətində 100 nəfərlə toy etdi, cərimələndi

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qayda

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 20 İyl 10:11  
Dünya Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb

arrow Ətraflı
Məşhur model ikinci dəfə ərə getdi  FOTO like
  • 20 İyl 10:05  
Şou-biznes Məşhur model ikinci dəfə ərə getdi FOTO

Məşhur hollandiyalı model Lara Stounun ötən həftə sonu David Qrivson ilə

arrow Ətraflı
Əfqanıstan prezidentinin sarayı istiqamətində bir neçə raket atılıb like
  • 20 İyl 09:59  
Dünya Əfqanıstan prezidentinin sarayı istiqamətində bir neçə raket atılıb

Əfqanıstan prezidentinin Kabildəki sarayı istiqamətində bir neçə raket a

arrow Ətraflı
Perunun yeni prezidenti Pedro Kastilyo seçilib like
  • 20 İyl 09:53  
Dünya Perunun yeni prezidenti Pedro Kastilyo seçilib

"Azad Peru" partiyasını təmsil edən Pedro Kastilyo Perunun yeni pr

arrow Ətraflı
11 yaşlı oğlan dənizdə batdı like
  • 20 İyl 09:47  
Digərləri 11 yaşlı oğlan dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
“WhatsApp”da yeni funksiya like
  • 20 İyl 09:41  
Digərləri “WhatsApp”da yeni funksiya

"WhatsApp" mesencerində yeni funksiya istifadəyə verilib.

arrow Ətraflı
Cem Belevi aparıcı ilə sevgilidir like
  • 20 İyl 09:35  
Şou-biznes Cem Belevi aparıcı ilə sevgilidir

Türkiyəli müğənni Cem Belevinin aparıcı Bircan Bali ilə eşq yaşadığ

arrow Ətraflı
Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib  XİN like
  • 20 İyl 09:29  
Siyasət Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib XİN

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən a

arrow Ətraflı
Düşmən yenə Naxçıvanı atəşə tutdu  Hərbi qulluqçumuz yaralandı like
  • 20 İyl 09:28  
Digərləri Düşmən yenə Naxçıvanı atəşə tutdu Hərbi qulluqçumuz yaralandı

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək like
  • 20 İyl 09:23  
Dünya ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək

İyulun 23-ü ABŞ müdafiə naziri Lloyd Ostinin Vyetnam, Sinqapur və Filippin

arrow Ətraflı
Hüsnü "Arka Sokaklar"dan gedir like
  • 20 İyl 09:17  
Digərləri Hüsnü "Arka Sokaklar"dan gedir

2006-cı ildən bəri yayımlanan "Arka sokaklar" serialında Hüsnü

arrow Ətraflı