"Netflix"in işində qüsurlar yaranıb


Dünya 20 İyl 2021 08:13:00 130 0

"Netflix"in işində qüsurlar yaranıb

"Netflix"in işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Bildirilir ki, qüsurlar barədə əsasən ABŞ, Kanada, Böyük Britaniya və Almaniya vətəndaşları şikayətlər edir.

Məlumata əsasən, istifadəçilərin 40 faizi "Netflix"lə bağlantının olmadığını, 31 faizi videolara baxmaq çətinlik çəkdiyini, 28 faizi isə saytın işində qüsurların olduğunu bildirib.