Pərakəndə ticarət zamanı ƏDV hansı hallarda ödənməlidir?


Digərləri 19 İyl 2021 21:20:00 119 0

Pərakəndə ticarət zamanı ƏDV hansı hallarda ödənməlidir?

Bu xəbəri də oxu: Mədə necə işləyir?

Pərakəndə satışla məşğul olan sahibkar hansı hallarda ƏDV ödəməlidir və ƏDV necə hesablanır?

Dövlət Vergi Xidmətindən Son.az-ın sualına cavab olaraq bildirilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna sadələşdirilmiş verginin ödəyicisi kimi alınan şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə 2 faiz tətbiq etməklə hesablayır. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz tətbiq etməklə vergini hesablamalıdır. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergiödəyicisi olan fiziki şəxs sahibkarlıq fəaliyyəti üzrə ƏDV və gəlir vergisindən azaddır.

Bundan başqa, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan çox olan vergiödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarının təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 min manatdan çox olduqda, bu əməliyyat artıq ƏDV tutulan əməliyyat sayılır və əməliyyatı həyata keçirən vergiödəyicisi əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etməlidir.

ƏDV ödəyicisi olan şəxs malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aldığı və ya almalı olduğu məbləğə 18 faiz dərəcə ilə vergi tətbiq etməlidir. Büdcəyə ödənilməli olan məbləğ isə təqdim edilən mallara (işlərə, xidmətlərə) hesablanan ƏDV məbləği ilə ödəyici tərəfindən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun əvəzləşdirilən ƏDV məbləği arasındakı fərqdən ibarətdir.

Gürcüstan Azərbaycanla sərhədləri açmağı hədəfləyir like
  • 19 İyl 21:15  
Digərləri Gürcüstan Azərbaycanla sərhədləri açmağı hədəfləyir

Azərbaycanın sərhədi açacağı ilk ölkələrdən birinin Gürcüstan olaca

arrow Ətraflı
"Delta" ştammına yoluxma 3 dəfə artıb"  Türkiyə sərhədi bağlamaq istəyir like
  • 19 İyl 21:05  
Dünya "Delta" ştammına yoluxma 3 dəfə artıb" Türkiyə sərhədi bağlamaq istəyir

Türkiyədə "Delta" ştammına yoluxma kəskin sayda çoxalıb. 

arrow Ətraflı
İspaniyada avtomobil barın terasına çırpılıb, çox sayda xəsarət alan var like
  • 19 İyl 21:00  
Dünya İspaniyada avtomobil barın terasına çırpılıb, çox sayda xəsarət alan var

İspaniyanın Marbelye şəhərində avtomobil barın terasına çırpılıb.

arrow Ətraflı
Avstriyada təbii fəlakətdən sonra hava şəraiti sabitləşib  FOTO like
  • 19 İyl 20:45  
Dünya Avstriyada təbii fəlakətdən sonra hava şəraiti sabitləşib FOTO

İyulun 17-də Avstriyanın bir sıra regionlarında başlayan və ayın 18-də

arrow Ətraflı
Almaniya dağıdıcı daşqınlardan sonra tədricən əvvəlki vəziyyətinə qayıdır like
  • 19 İyl 20:24  
Dünya Almaniya dağıdıcı daşqınlardan sonra tədricən əvvəlki vəziyyətinə qayıdır

Son üç gün ərzində davam edən təbii fəlakət - daşqınlar nəticəsind

arrow Ətraflı
Kron xəstəliyinin müalicəsi like
  • 19 İyl 20:14  
Digərləri Kron xəstəliyinin müalicəsi

Kron xəstəliyi xroniki residivləşən xəstəlik olub, həzm traktının müx

arrow Ətraflı
Avropa İttifaqı Bakıya nə vəd edir? like
  • 19 İyl 20:04  
Siyasət Avropa İttifaqı Bakıya nə vəd edir?

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azərbaycana səfəri Brüs

arrow Ətraflı
İsti havalarda bu içkiləri içməyin!  Diyetoloq açıqladı like
  • 19 İyl 19:54  
Digərləri İsti havalarda bu içkiləri içməyin! Diyetoloq açıqladı

İstidə havalarda həmişəkindən daha çox maye içmək lazımdır. Bunun ü

arrow Ətraflı