Kor edən parazit: Toksoplazma Ondan necə qorunaq?


Digərləri 19 İyl 2021 20:30:00 90 0

Kor edən parazit: Toksoplazma  Ondan necə qorunaq?

Türkiyədə gənc qadın pişik parazitindən gözlərini itirib.

Son.az xəbər verir ki, qadın üzərində aparılan müayinələrdə onun pişik nəcisində aşkarlanan toksoplazma parazitindən gözlərində problem yarandığı məlum olub.

Türkiyəli mütəxəssis Fatih Atmaca bununla bağlı önəmli açıqlamalar verib:

"Toksoplazma adlı parazit pişiklərin bağırsaqlarında yaşayır. Pişik nəcisi ilə ətrafa yayılır. Parazitli pişik çölə nəcisini etdikdə yağış suları ilə birlikdə sulara və torpağa qarışır. Salat hazırlamaq üçün aldığımız kahı və cəfəridə də toksoplazma parazitləri ola bilər. Bundan başqa parazitli otları yeyən qoyun, inək kimi heyvanların əzələlərinə də yerləşə bilər. Çiy ət, kolbasa, sucuk kimi qidaları yediyimiz zaman fərqində olmadan paraziti bədənimizə ala ola bilərik".

CİFT YOLU İLƏ KÖRPƏYƏ KEÇƏ BİLƏR

"Bu parazit hamilələrdə cift yolu ilə körpəyə də keçə bilər. Yeni doğulan körpələrdə əqli gerilik, korluq, beyində problemlər, qaraciyər və dalaq böyüməsi, anemiya kimi xəstəliklərə yol açar. Buna görə də meyvə və tərəvəzlər yaxşı yuyulmalıdır. Buna xüsusi diqqət etmək lazımdır. Bundan başqa əsl qaynağı olan pişiklərlə təmasda da diqqətli olmalı, əl-ayaq təmizliyinə fikir vermək lazımdır. Unutmayın ki, peyvənd olunan ev pişiklərinin riskli olmadığı fikri yanlışdır. Çünki toksoplazmanın peyvəndi yoxdur".

TOKSOPLAZMADAN QORUNMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?

Əl gigiyenasına və tez-tez əl yumağa fikir verin. Bağ-bağça işlərində mütləq əlcəkdən istifadə edin. Çiy ya da az bişmiş ət (salam, sucuk, və s.) yeyərkən diqqətli olun. Çiy ətlə təmas etdikdən sonra mütləq əlinizi yuyun. Çiy meyvə və tərəvəzlərinizi yaxşıca yuyun.

Pişiyinizin qumunu 24 saat ərzində bir neçə dəfə dəyişməyə diqqət edin. Qumu dəyişdirərkən əlcəkdən istifadə edin. Sonra mütləq əllərinizi yuyun. /medicina.az

Almaniya dağıdıcı daşqınlardan sonra tədricən əvvəlki vəziyyətinə qayıdır like
  • 19 İyl 20:24  
Dünya Almaniya dağıdıcı daşqınlardan sonra tədricən əvvəlki vəziyyətinə qayıdır

Son üç gün ərzində davam edən təbii fəlakət - daşqınlar nəticəsind

arrow Ətraflı
Kron xəstəliyinin müalicəsi like
  • 19 İyl 20:14  
Digərləri Kron xəstəliyinin müalicəsi

Kron xəstəliyi xroniki residivləşən xəstəlik olub, həzm traktının müx

arrow Ətraflı
Avropa İttifaqı Bakıya nə vəd edir? like
  • 19 İyl 20:04  
Siyasət Avropa İttifaqı Bakıya nə vəd edir?

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azərbaycana səfəri Brüs

arrow Ətraflı
İsti havalarda bu içkiləri içməyin!  Diyetoloq açıqladı like
  • 19 İyl 19:54  
Digərləri İsti havalarda bu içkiləri içməyin! Diyetoloq açıqladı

İstidə havalarda həmişəkindən daha çox maye içmək lazımdır. Bunun ü

arrow Ətraflı
Almaniya qaçqınlar üçün ən populyar istiqamətdir like
  • 19 İyl 19:49  
Dünya Almaniya qaçqınlar üçün ən populyar istiqamətdir

Almaniya, evlərini tərk edən və xilasetmə və ya təhlükəsiz bir həyat a

arrow Ətraflı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Gənc Liderlər Forumu 2021i təşkil edəcək like
  • 19 İyl 19:44  
Digərləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Gənc Liderlər Forumu 2021i təşkil edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) 6-10 sentyabr 2021-ci il tarixind

arrow Ətraflı
Şəmkirdə bir nəfər su kanalında batıb like
  • 19 İyl 19:39  
Digərləri Şəmkirdə bir nəfər su kanalında batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Azərbaycanın mövqeyi beynəlxalq reytinqlərdə yüksəlməyə davam edir  FOTO like
  • 19 İyl 19:34  
Digərləri Azərbaycanın mövqeyi beynəlxalq reytinqlərdə yüksəlməyə davam edir FOTO

Azərbaycanın mövqeyi "Doing business 2020" hesabatında 6 pillə y

arrow Ətraflı
Türkiyə HHQ İraqın şimalında 5 PKK terrorçusunu məhv edib like
  • 19 İyl 19:20  
Dünya Türkiyə HHQ İraqın şimalında 5 PKK terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri "Pəncə Şimşək" əməliyyatı

arrow Ətraflı