Almaniya dağıdıcı daşqınlardan sonra tədricən əvvəlki vəziyyətinə qayıdır


Dünya 19 İyl 2021 20:24:00 135 0

Almaniya dağıdıcı daşqınlardan sonra tədricən əvvəlki vəziyyətinə qayıdır

Son üç gün ərzində davam edən təbii fəlakət - daşqınlar nəticəsində Almaniya və Belçikada azı 188 nəfər həlak olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhər və kəndlərin sakinləri küçələri, evləri və yaxın əraziləri təmizləməyə başlayıblar.

Bu cür daşqınlar Almaniyada 60 ilə yaxındır ki, müşahidə olunmayıb. Almaniya federal əyalətlərindən daha çox Reyland-Pfalts zərər çəkib. Ölkə kansleri Angela Merkel oradakı vəziyyətin dəhşətli olduğunu bildirib. O, fəlakət zonasında olarkən jurnalistlərə deyib: "Bu, inanılmaz, dəhşətli vəziyyətdir. Mən bu dağıntıları alman dilində təsvir edəcək söz tapmıram".

Kansler həmrəyliyə, qarşılıqlı köməyə, xüsusən daha çox zərər çəkən və dəstəyə ehtiyacı olanlara yardım göstərdiklərinə görə insanlara minnətdarlığını bildirib.