Avtomobillə vurulan piyada xəstəxanada öldü


Digərləri 19 İyl 2021 18:18:00 138 0

Avtomobillə vurulan piyada xəstəxanada öldü

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.