SOCARın işdən çıxarılan vitseprezidentləri kimdir? DOSYE


Digərləri 19 İyl 2021 17:06:00 97 0

SOCARın işdən çıxarılan vitseprezidentləri kimdir?  DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 4 vitse-prezidentinin vəzifədən azad edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

İşdən çıxarılan vitse-prezidentlər bunlardı: Bəhram Hüseynov, David Məmmədov, Mikayıl İsmayılov və Tofiq Qəhrəmanov.

Qeyd edək ki, indiyə kimi SOCAR-da 12 vitse-prezident vardı. Beləliklə, bu sərəncamdan sonra şirkətdə 8 vitse-prezident qalacaq. Bunlar birinci vitse-prezidentlər Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Xaliq Məmmədov, Daşqın İsgəndərov, Rəfiqə Hüseynzadə, Yaşar Lətifovdur.

***

Son.az modern.az-a istinadla vəzifədən çıxarılan sabiq vitse-prezidentlərin qısa dosyesini təqdim edir:

Bəhram Bəhlul oğlu Hüseynov 1956-ci ildə Bakı şəhərində anadan olub.1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirib və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışıb. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilib, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışıb. 1993-1994-cü illərdə ABŞ-ın Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olub və birgə layihədə iştirak edib. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirib. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışıb. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilib. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışıb. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışıb. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2011-ci ilin yanvarından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib. İngilis və rus dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

***

David Niyazi oğlu Məmmədov 1955-ci ildə Kürdəmir şəhərində anadan olub. 1980-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) "Neftin və qazın kimya texnologiyası" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə Vladimir İliç adına Yeni Bakı neft emalı zavodunda başlayıb. 1994-cü ilədək Yeni Bakı neft emalı zavodunun operatoru, qurğu rəisi, sex rəisinin müavini, sex rəisi, şöbə rəisi vəzifələrində işləyib. 1994-2005-ci illərdə "Azərneftyanacaq" İB-nin baş direktorunun birinci müavini-baş mühəndis, Heydər Əliyev adına Bakı neft emalı zavodunun baş mühəndisi olub. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti təyin olunub. 2005-ci ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülüb, 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif edilib.  Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qurban ətinin paylanmasında xüsusi norma yoxdur  Hacı Şahin like
  • 19 İyl 16:58  
Digərləri Qurban ətinin paylanmasında xüsusi norma yoxdur Hacı Şahin

Qurban bayramı cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yüksəlməsinə

arrow Ətraflı
Qadın sürücü avtomobili aşırdı, sərnişin öldü like
  • 19 İyl 16:54  
Digərləri Qadın sürücü avtomobili aşırdı, sərnişin öldü

Cəlilabadda qadın sürücü avtomobili aşırıb.

arrow Ətraflı
Sutka ərzində 6 nəfər xilas edilib, bir nəfərin meyiti tapılıb like
  • 19 İyl 16:48  
Digərləri Sutka ərzində 6 nəfər xilas edilib, bir nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə dü

arrow Ətraflı
Azərbaycanda qeyriadi toy: elə bir gəlinlik geyindi ki...  VİDEO like
  • 19 İyl 16:42  
Digərləri Azərbaycanda qeyriadi toy: elə bir gəlinlik geyindi ki... VİDEO

Vətən müharibəsi iştirakçısının toyundan sosial şəbəkədə yayılan

arrow Ətraflı
"Brent" neftinin qiyməti 72 dollardan aşağı enib like
  • 19 İyl 16:36  
Digərləri "Brent" neftinin qiyməti 72 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Fransada iki peyvəndləmə mərkəzi yandırılıb like
  • 19 İyl 16:30  
Dünya Fransada iki peyvəndləmə mərkəzi yandırılıb

Fransanın cənubunda yerləşən Bayonna şəhərində iki peyvəndləmə mərk

arrow Ətraflı
Peyğəmbərin karikaturasını çəkən müəllif öldü like
  • 19 İyl 16:18  
Dünya Peyğəmbərin karikaturasını çəkən müəllif öldü

Məhəmməd peyğəmbərin karikaturasını çəkməklə məşhur olan danimarka

arrow Ətraflı
BakıSumqayıt yolunda qəza  ölən var like
  • 19 İyl 16:00  
Digərləri BakıSumqayıt yolunda qəza ölən var

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeyd

arrow Ətraflı
İranda daha 213 nəfər COVID19dan öldü like
  • 19 İyl 15:54  
Digərləri İranda daha 213 nəfər COVID19dan öldü

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından

arrow Ətraflı
Hindistanda leysan 33 nəfərin ölümünə səbəb oldu like
  • 19 İyl 15:48  
Dünya Hindistanda leysan 33 nəfərin ölümünə səbəb oldu

Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbauy şəhərinə yağan sel

arrow Ətraflı
"Vaksindən sonra allergiya yarandı" like
  • 19 İyl 15:42  
Şou-biznes "Vaksindən sonra allergiya yarandı"

Türkiyəli üğənni Demet Akalın koronovirus əleyhinə peyvənd vurdurduqdan

arrow Ətraflı
Rusiyada daha 719 nəfər koronavirusdan öldü like
  • 19 İyl 15:36  
Dünya Rusiyada daha 719 nəfər koronavirusdan öldü

Rusiya Federasiyasında ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-1

arrow Ətraflı
Qazilərlə əsgərlər görüşdü  VİDEO  FOTO like
  • 19 İyl 15:24  
Digərləri Qazilərlə əsgərlər görüşdü VİDEO FOTO

Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixol

arrow Ətraflı