Lerikdə sel bir neçə kəndi qazsız qoydu VİDEO


Digərləri 19 İyl 2021 12:48:00 149 0

Lerikdə sel bir neçə kəndi qazsız qoydu  VİDEO

Lerikdə yağan leysandan sonra yaranan sel 10-a yaxın kəndin qazsız qalması ilə nəticələnib.

Son.az xəbər verir ki, Rayonun Kələxan kənd sakini Razqayıt Abdullayeva qafqazinfo-ya müraciət edərək bildirib ki, dünən saat 16 radələrində başlayan sel qaz xətlərinə ziyan vurub və sakinlərə qazın verilişi dayanıb.

Məsələ ilə bağlı "Qafqazinfo"nun sorğusuna cavab olaraq "Azəriqaz" mətbuat katibi Ceyhun Səfər bildirib ki, hazırda dəyən ziyanın aradan qaldırılması ilə bağlı işlər gedir:

"Lerik rayonu, Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərində güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar iyulun 18-i saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb.

Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb. Təmir işlərinin bu gün yekunlaşdırılması planlaşdırılır".