İrandan 28 kq narkotik keçirmək istədilər Qarşısı alındı


Digərləri 19 İyl 2021 12:12:00 79 0

İrandan 28 kq narkotik keçirmək istədilər  Qarşısı alındı

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitə­lərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz", "Göytəpə" və "Lənkəran" sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində naməlum şəxslər tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Sərhəd zastavaları "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazilər qapadılmış, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılmış, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülmüşdür.

Sərhəd naryadlarının "Dayan" əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışlar.

Keçi­ril­miş axtarış təd­birləri nəticəsində Yardımlı rayonunun ərazisində bir kisədə ümumi çəkisi 7 kiloqram 225 qram narkotik vasitəyə bənzər maddə ("marixuana") və bir ədəd gecəgörmə cihazı, Cəbrayıl rayonunun ərazisində isə bir ədəd bağlamada ümumi çəkisi 11 kiloqram 465 qram və Astara rayonunun ərazisində idman çantasında 9 kiloqram 700 qram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əfqanıstan daha bir bölgəni “Taliban”dan azad edib like
  • 19 İyl 12:00  
Dünya Əfqanıstan daha bir bölgəni “Taliban”dan azad edib

Əfqanıstanın hökumət qüvvələri daha bir bölgəni "taliban"-la

arrow Ətraflı
Almaniyada daşqınlar neft sızmasına səbəb olub like
  • 19 İyl 11:55  
Dünya Almaniyada daşqınlar neft sızmasına səbəb olub

Almaniyanın qərbində daşqınlar nəticəsində həlak olanların sayı 156-y

arrow Ətraflı
Zakir Həsənov ordumuzun şəxsi heyətini təbrik edib like
  • 19 İyl 11:50  
Digərləri Zakir Həsənov ordumuzun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi he

arrow Ətraflı
Təranənin qızı həyat yoldaşından ayrıldı? like
  • 19 İyl 11:44  
Şou-biznes Təranənin qızı həyat yoldaşından ayrıldı?

Müğənni Təranə Qumralın ortancıl qızı da sosial şəbəkədə son vaxtl

arrow Ətraflı
Xərçəng musiqiçinin bütün bədəninə yayılıb like
  • 19 İyl 11:32  
Şou-biznes Xərçəng musiqiçinin bütün bədəninə yayılıb

1990 və 2000-ci illərin məşhur rok qrupu "Blink-182"nin vokalisti

arrow Ətraflı
Qurban hansı heyvanlardan kəsilməlidir və kimlərə paylanmalıdır? like
  • 19 İyl 11:26  
Digərləri Qurban hansı heyvanlardan kəsilməlidir və kimlərə paylanmalıdır?

Şamaxı Rəsədxanasının bizə təqdim etdiyi təqvimə əsasən, ayın 20-i

arrow Ətraflı
Həyətindən çətənə kolları, evindən isə qanunsuz silah aşkarlandı  FOTO like
  • 19 İyl 11:20  
Digərləri Həyətindən çətənə kolları, evindən isə qanunsuz silah aşkarlandı FOTO

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin i

arrow Ətraflı
Şarl Mişel Gürcüstana getdi like
  • 19 İyl 11:08  
Siyasət Şarl Mişel Gürcüstana getdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda rəsmi səf

arrow Ətraflı
"Şahsaray"da qeydiyyatsız toy edənlər cərimələndi  FOTO like
  • 19 İyl 11:02  
Digərləri "Şahsaray"da qeydiyyatsız toy edənlər cərimələndi FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy məra

arrow Ətraflı
Bakıda qadını motosiklet vurub like
  • 19 İyl 10:56  
Digərləri Bakıda qadını motosiklet vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

arrow Ətraflı
Əmisi oğlunu öldürdü  Ağdamda qətl like
  • 19 İyl 10:44  
Digərləri Əmisi oğlunu öldürdü Ağdamda qətl

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

arrow Ətraflı
Toya görə daha 6 nəfər cərimələndi like
  • 19 İyl 10:38  
Digərləri Toya görə daha 6 nəfər cərimələndi

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının ra

arrow Ətraflı
Müdafiə naziri xidməti müşavirə keçirib like
  • 19 İyl 10:32  
Digərləri Müdafiə naziri xidməti müşavirə keçirib

İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı