Almaniyada daşqınlar neft sızmasına səbəb olub


Dünya 19 İyl 2021 11:55:00 126 0

Almaniyada daşqınlar neft sızmasına səbəb olub

Almaniyanın qərbində daşqınlar nəticəsində həlak olanların sayı 156-ya yüksəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, daha 670 nəfər xəsarət alıb. 

Məlumata əsasən, güclü yağış və daşqınlar səbəbindən ölən və yaralıların sayının artma ehtimalı böyükdür. 

Bununla yanaşı, daşqın Hükesvaqen şəhərində neft sızmasına səbəb olub. "Ria Novosti"nin məlumatına əsasən, Hükesvaqen şəhərinin ətrafında bir neçə müəssisə su altında qalıb. Nəticədə neft və digər maddələrin sızması qeydə alınıb. Hazırda ekspertlər hava və sudan nümunələr götürür.