Toyotanın prezidenti olimpiadanın açılış mərasiminə qatılmaqdan imtina etdi


Dünya 19 İyl 2021 09:42:00 167 0

Toyotanın prezidenti olimpiadanın açılış mərasiminə qatılmaqdan imtina etdi

Tokio olimpiadasının əsas sponsorlarından biri olan Yaponiyanın ən böyük avtomobil şirkəti "Toyota Motor"un prezidenti Akio Toyoda yarışların açılış mərasimində iştirak etməkdən imtina edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bundan əlavə "Toyota Motor" şirkətin imicinə zərər verməmək üçün Yaponiyada keçiriləcək olimpiada ilə əlaqədar televiziya reklamlarını yayımlamağı planlaşdırmır.

Tokio olimpiadası 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Pandemiya səbəbindən yarışlar bir il təxirə salındı və 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.