Bir həyətdə iki minik avtomobili, 33 paltaryuyan maşın və soyuducu yandı


Digərləri 19 İyl 2021 09:12:00 252 0

Bir həyətdə iki minik avtomobili, 33 paltaryuyan maşın və soyuducu yandı

Ucar rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları, talvarın altında olan "Mercedes" markalı minik avtomobilinin yük hissəsi, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri, 33 ədəd məişət avadanlığı (paltaryuyan maşın və soyuducu), mebel dəsti, 2 m³ taxta və 500 kq buğda yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.