Oğuzda piyadanı maşın vurub


Digərləri 18 İyl 2021 17:20:00 144 0

Oğuzda piyadanı maşın vurub

Oğuz rayonunda 47 yaşlı piyadanı maşın vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Bayan kəndi ərazisində baş verib. Pərvin İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə rayonun Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədhənifə oğlu Cabbarovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Cabbarov ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.