Xaçmazda 12 yaşlı uşağı maşın vurdu


Digərləri 18 İyl 2021 14:05:00 131 0

Xaçmazda 12 yaşlı uşağı maşın vurdu

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü, İsaqov Elşad Etibar oğlunu maşın vurub. Ağır bədən xəsarətləri alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.