Almaniyada təyyarə qəzası Ölənlər var


Dünya 18 İyl 2021 12:47:00 114 0

Almaniyada təyyarə qəzası   Ölənlər var

Almaniyanın Baden-Vürttemberq əyalətinin Boeblinqen bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Polisin yaydığı məlumatda bildirilib ki, "Piper" markalı təkmühərrikli təyyarənin qalıqları tapılıb. Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.