ABŞda atışma olub, 2 nəfər ölüb


Dünya 18 İyl 2021 11:35:00 119 0

ABŞda atışma olub, 2 nəfər ölüb

ABŞ-ın Sakramento şəhərində (Kaliforniya ştatı) baş verən atışma nəticəsində ən azı iki nəfər öldürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin saytında deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma nəticəsində daha dörd nəfərin yaralandığını bildirib. Hadisə yerində bir neçə odlu silah tapılıb.

Polis hadisəni araşdırır. İlkin məlumata əsasən atışmaya iki qrup arasında baş verən qarşıdurma səbəb olub.