Canlı yayım qəzası Səslərinin efirə getmədiyini düşünüb efirdə elə şeylər söylədilər ki


Şou-biznes 16 İyl 2021 19:24:00 161 0

Canlı yayım qəzası  Səslərinin efirə getmədiyini düşünüb efirdə elə şeylər söylədilər ki

A Spor-da yayımlanan "Transfer Report" proqramında mikrofon qəzası qalmaqal yaradıb.

Son.az türk mediasına istinadən xəbər verir ki, matç görüntülərinin yayımlanması zamanı məşqçi və şərhçi Güvenç Kurtar şərhçi ortağı Serdar Sarıdağa "Qardaş, nə pul oğurladıqlarını bilmirsən? Məni əsəbiləşdirmə, Tanrım" deyib. Sarıdağ "Bilmirəm qardaş" cavabını verib. Rejissor vəziyyəti gördükdə heç bir söz söyləmədən səsi kəsib.

Beləliklə də, Güvenç Kurtar və Serdar Sarıdağ texniki səhvlərin qurbanı oldular. Onların kimləri nəzərdə tutduqları maraq mövzusuna çevrilib. Bu mikrofon qəzası barədə sosial mediada ən çox danışılan mövzu olub.

Kamran Seyidov Son.az