Natəvanla boşanan məşhur reperdən qalmaqallı açıqlama:


Şou-biznes 16 İyl 2021 19:12:00 142 0

Natəvanla boşanan məşhur reperdən qalmaqallı açıqlama:

"Əsl sevgini nəinki özümdə, heç ətrafımda da görmürəm. Dostluq güclə qalıb, sevgi yox. Kənarda sevgililər görəndə də baxırsan ki, gözlərində işıq yoxdu".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri reper dado (Səid Əliyev) "Youtube"da yayımlanan "Mən" layihəsində deyib. Bir müddət əvvəl müğənni Natavan Həbibi ilə boşandıqlarını açıqlayan sənətçi artıq sevgiyə inanmadığını deyib:

"Hamı kənardakıların fikri ilə yaşayır. Baxırsan ki, cütlülklərin gözündə işıq yoxdur. Qız rəfiqələrinə, oğlan dostlarına görsətmək üçün münasibət qurub. Şəxsən özüm sevgidə də, dostluqda da çalışıram istilik ötürüm. Sonda görürsən ki, hamı "odeyalı" öz tərəfinə çəkir. Dostunla düşmən olursan, sevdiyinə peşman. Vaxt keçdikcə hamının olmayan eqosu çıxır ortaya. Hamımız çox eqoluyuq. Hamı dünyanı öz ekranından görür. Dostu, sevgini yaratmaq üçün çalışmalısan. Hamı elə bilir elə dünya mənimdir".

Dado yaşadığı çətinliklərdən söz açaraq bunları əlavə edib:

"Həyatda o qədər çətinliklər olur ki... Tez-tez olur ki, əlimi qaldırıram göyə: Allah, niyə bu günü yaşayır, ağrını keçirirəm. Hər zaman çalışmışam ki, kiməsə kömək olum. Ölümdən qorxmuram. Ancaq şikəst qalıb, valideynlərimin, qardaşımın, dostların boynunda qalmaqdan qorxursan. İmkan verməzdim ki, valideynlərim, dostlarım pul tapın və mənim ömrümü uzadın. Suda boğulmaqdan qorxuram"   

Qeyd edək ki, Natavan və Dado cütlüyünün bir oğlu var.