Əsas məsələ Cənubi Qafqazın dayanıqlı gələcəyinin qurulması üçün şərtlər yaratmaqdır


Dünya 16 İyl 2021 19:10:00 134 0

Əsas məsələ Cənubi Qafqazın dayanıqlı gələcəyinin qurulması üçün şərtlər yaratmaqdır

Əsas məsələ Cənubi Qafqazın dayanıqlı siyasi və iqtisadi gələcəyinin qurulması üçün şərtlər yaratmaqdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT Daimi Şurasının iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəri Aleksandr Lukaşeviç deyib.

O qeyd edib ki, Rusiya ATƏT-in regional münaqişələrin dinc, diplomatik vasitələrlə tənzimlənməsinə töhfə verəcəyinə ümid edir: "Cənubi Qafqazda qəliz vəziyyəti nəzərə alaraq Qarabağ məsələsində kömək göstərilməsinə tələbat var. Əsas məsələ humanitar məsələlərin həlli, regionun dayanıqlı siyasi və iqtisadi gələcəyinin qurulması üçün şərtlərin yaradılmasıdır".

Rusiyalı rəsmi vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı bu yolu müəyyən edib.

Son.az