Yaponiyada Olimpiya oyunlarının iştirakçısı itkin düşüb


Dünya 16 İyl 2021 18:24:00 157 0

Yaponiyada Olimpiya oyunlarının iştirakçısı itkin düşüb

Yaponiyada yay Olimpiya oyunlarında iştirak edəcək Uqanda milli komandasının idmançısı itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, 20 yaşlı ağır atlet Culius Sekitoleko səhər saatlarında hoteli təkr edəndən sonra itib.

Qeyd olunur ki, idmançılar günorta saatlarında koronavirusa qarşı test verməli idilər.

Hazırda polis idmançının axtarışlarını davam etdirir.

Son.az