32 yaşlı sevgilisini öldürən 17 yaşlıya 7 il həbs


Dünya 15 İyl 2021 16:54:00 191 0

32 yaşlı sevgilisini öldürən 17 yaşlıya 7 il həbs

Krasnodar vilayətində 32 yaşlı sevgilisi İnna Qaponovanı qətlə yetirən 17 yaşlı yeniyetmə barəsində yeddi il həbs qərarı çıxarılıb.

Son.az kp.ru-ya istinadən xəbər verir ki, üç il bundan əvvəl yaşanan qətl qəddarlığına görə vilayətdə geniş əks-səda doğurmuşdu. Maraqlıdır ki, qız ölümqabağı belə oğlanı satmamışdı. Onun günahını əvvəl istintaq, sonra İnnanın qohumları açmışdı. Ən ağrılı odur ki, ağır həyat sürən Anna 16 yaşlı əlil oğlunu tərbiyə edirmiş. Sevgilisi onu döyəndə isə polisə şikayət etmirmiş. Qorxurdu ki, uşağı onun əlindən alarlar.

Kamran Seyidov Son.az