Qəzada qızını itirən atanın üsyanı: "Mən yalnız ədalət istəyirəm"


Digərləri 15 İyl 2021 16:57:00 177 0

Qəzada qızını itirən atanın üsyanı: "Mən yalnız ədalət istəyirəm"

Keçən həftə İstanbulda yolu keçərkən mikroavtobusun vurması nəticəsində vəfat edən Buse Pervin Saltalpın atası Cem Saltalpın qandonduran etirafları yayılıb. "Qızım evimin hər yerində xəyallar qurur. Evə girmək istəmirəm. Qaranlıqdan qorxurdu və soyuqdan çox narahat olardı. İşıqlar hələ də yanır onun üçün. Qızım morqda olanda qışqırırdım. Sadəcə ədalət istəyirəm" deyib. 16 il əvvəl evlənən Cem Saltalp 2020-ci ilin noyabrında həyat yoldaşından boşanıb. 11 yaşlı qızı və 15 yaşlı oğlunun qəyyumluğu Cem Saltalpa verilib.

Son.az milliyet-ə istinadən xəbər verir ki, küçədən keçərkən telefonla danışan 11 yaşlı Buse sürətlə irəliləyən mikroavtobusu görməyib və yola çıxıb. Mikroavtobusun vurduğu qız zərbədən bir neçə metr havaya qalxaraq yerə düşüb. Buse həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib. Mikroavtobusun sürücüsü saxlanıldıqdan sonra sərbəst buraxılıb. Kədərlənən ata "qızımı basdırdığım zaman onu vuran adam sərbəst buraxılıb və bu mənə daha çox təsir edir" deyib. 

Kamran Seyidov Son.az