"Taliban" Əfqanıstan hökumətinə üç aylıq atəşkəs təklif etdi


Dünya 15 İyl 2021 16:09:00 139 0

"Taliban" Əfqanıstan hökumətinə üç aylıq atəşkəs təklif etdi

"Taliban" hərəkatı Əfqanıstan hökumətinə müraciət edərək üç ay müddətində atəşkəs təklif edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Əfqanıstan hökumətinin "Taliban"la danışıqlar üzrə nümayəndə heyətinin üzvü Nader Naderi deyib.

Qeyd olunub ki, təşkilat atəşkəsi 7 min silahlının həbsdən azad edilməsi müqabilində təklif edir.

Bu gün Qətərin paytaxtı Dohada rəsmi Kabillə "Taliban" arasında danışıqların növbəti mərhələsi nəzərdə tutulub. Tərəflər arasında danışıqlar ötən ilin sentyabrından davam etdirilir.