Kəndlinin tövləsini qəsdən yandırdı


Digərləri 15 İyl 2021 10:24:00 129 0

Kəndlinin tövləsini qəsdən yandırdı

Saatlı rayonunda kənd sakinin tövləsini qəsdən yandıran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, iyulun 11-də Saatlı rayonu Sımada kənd sakini B.Aslanova məxsus fərdi təsərrüfatda yanğın baş verib.

Hadisənin qəsdən törədildiyi məlum olub. Yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb. Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.