Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi


Digərləri 15 İyl 2021 10:29:00 142 0

Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi

İyul ayının 17-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Qurban bayramı ilə əlaqədar bütün müavinət, təqaüd və kompensasiyaların bu ayın 17-nə qədər ödəniləcəyi bildirilmişdi.

2021-ci ilin iyun ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artıb. Əvvəl bu rəqəm 225,4 manat idisə, artımla 256,4 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artım deməkdir.