Pandemiyanın bitməsi üçün 11 milyard doza vaksin lazımdır BMT baş katibi


Dünya 14 İyl 2021 21:20:00 163 0

Pandemiyanın bitməsi üçün 11 milyard doza vaksin lazımdır  BMT baş katibi

Dünyada COVID-19 pandemiyasının bitməsi üçün 11 milyard doza vaksin lazımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, dünyanın qlobal vaksinasiya planına ehiyacı var: "Dünya əhalisinin 70 faizinin peyvənd olunması və COVID-19 pandemiyasına son qoyulması üçün azı 11 milyard doza vaksin lazımdır. Hazırda bütün dünyada, həm də ayrı-ayrı ölkələrdə vaksinlərə çıxış imkanları qeyri-bərabər paylanıb. Həm vaksin istehsalının artırılması, həm də peyvəndlərin ədalətli bölgüsü üçün qlobal vaksinasiya planına ehtiyac var".