Avropa İttifaqında yaşlı əhalinin yarıdan çoxu tam vaksinasiya edilib


Dünya 14 İyl 2021 20:54:00 128 0

Avropa İttifaqında yaşlı əhalinin yarıdan çoxu tam vaksinasiya edilib

Avropa İttifaqı ölkələrində yetkinlik yaşına çatan əhalinin yarıdan çoxu tam vaksinasiya olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün tviter səhifəsində yazıb.

"Avropa İttifaqının yetkinlik yaşına çatan əhalisinin yarıdan çoxu artıq tam vaksinasiyadan keçib! Koronavirus variantlarından yayınmaq və yeni infeksiya dalğasının qarşısını almaq üçün peyvənd olunmaq vacibdir. Avropa İttifaqında yaşlı insanların 70 faizinin vaksinasiyası üçün yetərincə doza var. Gəlin bunu edək", - deyə Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən etibarən Avropa İttifaqı ölkələrində vaksinasiya kampaniyası xeyli sürətlənib.