Qandonduran cinayət


Digərləri 14 İyl 2021 18:24:00 128 0

Qandonduran cinayət

İstanbulda toxuculuq sexinin sahibi ilə restoran sahibi olan qardaşlar arasındakı borc mübahisəsi dəhşətli bir qətllə sona çatıb.

Son.az haberturk-ə istinadən xəbər verir ki, qardaşlardan biri Osman T.-ni çəkiclə vuraraq öldürən qatil daha sonra onu xalçaya büküb gizlədib. Ardınca da digər qardaşı da yanına çağırıb onu da eyni üsulla qətlə yetirib.

Ürəyi soyumayıb qardaşların dostlarını da yanına çağırıb və onları da odlu silahla yaralayıb. Qaçıb gizlənməyə müvəffəq olan şəxs barəsində axtarış elan olunub.

Kamran Seyidov Son.az