Mustafaya görə cəzalandırılan restoran bu dəfə bu məşhuru gətirir


Şou-biznes 14 İyl 2021 18:00:00 179 0

Mustafaya görə cəzalandırılan restoran bu dəfə bu məşhuru gətirir

Türkiyənin məşhur ifaçılarından olan Simge iyulun 17-də Bakıya gələcək.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin konserti bir müddət pandemiya qaydalarının pozulduğu "İstanbul meyhane Bilgah"də keçiriləcək.

Ötən ay müğənni Mustafa Ceceli sözügedən məkanda konsert vermişdi. Konsertdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalar ciddi şəkildə pozulmuşdu. Buna görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məkana baxış keçirilib və obyektin sahibi, konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.

Həmçinin ona gələcəkdə analoji halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.