Vətən müharibəsində iştirak edən idmançının rütbəsi artırıldı


Digərləri 14 İyl 2021 15:34:00 130 0

Vətən müharibəsində iştirak edən idmançının rütbəsi artırıldı

Vətən müharibəsində könüllü iştirak edən "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü, polis zabiti Bəxtiyar Abbasovun rütbəsi vaxtından əvvəl artırılıb.

Son.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Vətən müharibəsində könüllü iştirakına görə baş-leytenant B.Abbasova kapitan rütbəsi verilib.

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən tanınmış idmançı Xocavənd və Cəbrayıl istiqamətlərində döyüşüb. O, 2016-cı ildə "Vətən uğrunda" medalı ilə təltif olunub, 2018-ci ildə isə Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Prezidentin fəxri fərmanına layiq görülüb.

Xatırladaq ki, B.Abbasov Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilidir.