TƏBİB rəsmisindən “Delta” variantı ilə bağlı


Digərləri 14 İyl 2021 13:44:00 88 0

TƏBİB rəsmisindən “Delta” variantı ilə bağlı

Son vaxtlar bütün dünyada koronavirusun Hindistan, yaxud "Delta" variantı sürətlə yayılmağa davam edir. Bu da dünyada ciddi narahatlıq doğurur.

Azərbaycanda epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Ötən gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Bəs yeni "Delta" ştammının əvvəlki növlərdən fərqi nədir? Hansı əlamətlər özünün büruzə verir? Vətəndaşlar necə qorunmalıdır?

Bütün bu suallara aydınlıq gətirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov "Report"a açıqlamasında "Delta" variantına yoluxmuş şəxslərdə adətən ilk olaraq mədə-bağırsaq traktının pozulması halının olduğuna diqqət çəkib.

TƏBİB rəsmisinin sözlərinə görə, klinik həkim müşahidəsi zamanı müəyyən olunub ki, bu ştammların törətdikləri xəstəliklərin özünəməxsus xüsusiyyətləri var:

"Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Qeyd edilən simptomlar, eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də "Delta" variantının simptomları arasındadır. Dadbilmə, qoxubilmə hissləri bir o qədər zərər çəkmir. Bütün bunlar təbii ki, müşahidələrdir. Ancaq hələ ki, heç bir elmi sübutu yoxdur".

A.Qurbanov bildirib ki, "Delta" variantının yoluxma qabiliyyəti iki dəfə yüksəkdir: "Virusa qarşı orqanimzdə əmələ gələn anticisimlərə davamlılıq da artıb. Beləliklə "Delta plus" ştammında ikiqat mutasiyaadan söhbət gedir. Ona görə də həm yoluxma qabiliyyəti artıb, həm də orqanizmdə COVID-19-a qarşı əmələ gələn anticisimlərə də bir qədər davamlılıq əldə edilib. "Delta" variantları da COVID viruslarıdır. Bəzən insanlar bunu yeni virus kimi görürlər. Lakin bu belə deyil. Sadəcə viruslar mutasiyaya uğrayır. O səbəbdən insanlar çaşmasın".

"Delta" variantı uşaq və gənclər arasında xəstələnmə hallarının çoxalmasına səbəb olur" - deyən mütəxəssis əlavə edib ki, ölüm hallarının sayına təsiri ilə bağlı elmi araşdırmalar nəticəsində nəsə demək mümkün olar: "Bizi bir qədər sakitləşdirən hal odur ki, dünyada, eləcə də Azərbaycanda COVID-19-a qarşı istifadə olunan vaksinlər "Delta" variantından qorunmağa imkan verir. Yəni, vaksinlər yeni ştammlara qarşı effektivdir. Ona görə virusların yeni növlərindən qorunmağın yeganə yolu vaksinasiyadır".

Akif Qurbanov əhalini qorunma tədbirlərinə ciddi əməl etməyə çağırıb:

"Müşahidələrim onu göstərir ki, insanlar arasında arxayınlaşma yaranıb. Çünki qonşu ölkələrlə müqayisədə ən stabil epidemioloji vəziyyət Azərbaycandadır. Gündəlik yoluxma sayının azlığı və ölüm hallarının demək olar ki, yoxluğu buna sübutdur. Bu çox yaxşı göstəricidir və təbii ki, bunu qorumaq lazımdır. Qonşu ölkələrə nəzər yetirsək yoluxma sayında artımlar qeydə alınır. Virusun yeni növlərinin meydana çıxması və qarşıdan payız mövsümünün gəlməsini nəzərə alaraq vətəndaş daha diqqətli olmalıdır ki, yoluxma sayı artaraq səhiyyənin üzərinə yük düşməsin. Pandemiya hələ də davam edir və bunu unutmaq olmaz".

Qeyd edək ki, bu günə qədər ölkədə 337 456 nəfər koronavirusa yoluxub. Onlardan 330 873 nəfəri artıq sağalıb. Hazırda aktiv xəstələrin sayı 1 595 nəfər təşkil edir. İndiyə qədər virusdan 4 988 ölüm halı qeydə alınıb. Yanvarın 18-dən bu günə qədər Azərbaycanda 4 159 298 doza vaksin vurulub. Onlardan 2 494 551- birinci mərhələ üzrə, 1 664 747-si isə ikinci mərhələ üzrə vaksinasiya olunanlardır.

Bakıda güclü külək əsəcək like
  • 14 İyl 13:41  
Digərləri Bakıda güclü külək əsəcək

Bakıda güclü külək əsəcək.

arrow Ətraflı
Xalq Artisti ilə bağlı üzücü xəbər like
  • 14 İyl 13:39  
Şou-biznes Xalq Artisti ilə bağlı üzücü xəbər

Rusiyanın xalq artisti Mixail Boyarski koronavirusa yoluxub.

arrow Ətraflı
Bayden Türkiyədə yeni səfir postuna namizəd irəli sürdü like
  • 14 İyl 13:34  
Dünya Bayden Türkiyədə yeni səfir postuna namizəd irəli sürdü

ABŞ Prezidenti Co Bayden Türkiyədə yeni səfir postuna Ceff Fleykin namizəd

arrow Ətraflı
Virtual təhrik təhlükəsi like
  • 14 İyl 13:29  
Digərləri Virtual təhrik təhlükəsi

Real ictimai münasibətlərin virtual inikası - sosial şəbəkələr. Bu çox

arrow Ətraflı
Prezident İlham Əliyev Rüfət Yaqubovu “Şöhrət” ordeni ilə təltif etdi like
  • 14 İyl 13:27  
Siyasət Prezident İlham Əliyev Rüfət Yaqubovu “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev R.S.Yaqubovun "Şöhrət" ordeni ilə təltif

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı 381 mini keçib like
  • 14 İyl 13:24  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 381 mini keçib

Gürcüstanda son sutkada koronavirusa 1 663 yeni yoluxma halı təsdiqlənib, 7

arrow Ətraflı
Ermənistanın vandallığına dair hesabat hazırlandı like
  • 14 İyl 13:14  
Digərləri Ermənistanın vandallığına dair hesabat hazırlandı

Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə d

arrow Ətraflı
HAVA necə olacaq?  PROQNOZ like
  • 14 İyl 13:04  
Digərləri HAVA necə olacaq? PROQNOZ

İyulun 15-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Xarici jurnalistləri təəccübləndirən Azərbaycan fərqi like
  • 14 İyl 12:59  
Siyasət Xarici jurnalistləri təəccübləndirən Azərbaycan fərqi

Azərbaycan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi

arrow Ətraflı
Baş nazir Əli Əsədov toylarla bağlı qərar imzaladı like
  • 14 İyl 12:56  
Digərləri Baş nazir Əli Əsədov toylarla bağlı qərar imzaladı

Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi "Sanitariya-

arrow Ətraflı
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 552yə yüksəlib like
  • 14 İyl 12:54  
Dünya Ermənistanda koronavirusdan ölənlərin sayı 4 552yə yüksəlib

Ermənistanda daha 159 nəfər COVID-19 pandemiyasına yoluxub.

arrow Ətraflı
Düşmən Naxçıvandakı mövqelərimizi atəşə tutdu, yaralı var like
  • 14 İyl 12:50  
Siyasət Düşmən Naxçıvandakı mövqelərimizi atəşə tutdu, yaralı var

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bö

arrow Ətraflı