Baş nazir Əli Əsədov toylarla bağlı qərar imzaladı


Digərləri 14 İyl 2021 12:56:00 127 0

Baş nazir Əli Əsədov toylarla bağlı qərar imzaladı

Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunun tələblərinə uyğun olaraq "Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər"i təsdiq edəcək.

Son.az xəbər verir ki, Baş nazir Əli Əsədovu bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə xüsusi sanitar rejim tətbiq edilən sahələrin sayı artırılıb. Şənlik mərasimləri keçirilən obyektlər də bura əlavə edilib.