Kubada iğtişaşlar zamanı 1 nəfər ölüb


Dünya 14 İyl 2021 08:38:00 114 0

Kubada iğtişaşlar zamanı 1 nəfər ölüb

Kubada baş verən iğtişaşlar zamanı 36 yaşlı kişi həlak olub.

Trend-in xəbər verir ki, bu barədə Kubanın xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən şəxs Havananın Arroyo-Naranho rayonunda polis əməkdaşlarına edilən hücum zamanı ölümcül yaralanıb.

Bildirilir ki, toqquşmalardan sonra etiraz aksiyasının bir neçə iştirakçısı saxlanılıb.