Həyatın hədəfi nədir? – Ali dini Rəhbərin nəzəri


Digərləri 13 İyl 2021 23:40:00 177 0

Həyatın hədəfi nədir? – Ali dini Rəhbərin nəzəri

Ali Dini Rəhbər həyatın hədəfi barəsində buyurur: "Həyat uzun bir karvandır ki, mənzilləri və mərhələləri vardır. Ali hədəfə malikdir. İnsanın həyatdakı hədəfi gərək bu olsun ki, öz varlığından və ətrafında olanların varlığından mənəvi təkamül yolunda istifadə etsin.

Əslində biz bunun üçün dünyaya gəlmişik. Biz o halda dünyaya daxil oluruq ki, özümüzün ixtiyarı yoxdur. Körpə oluruq və təsir altında oluruq. Ancaq tədricən ağlımız inkişaf edir. İxtiyar sahibi olmaq üçün qüdrət əldə edirik. Bu, o zamandır ki, insan gərək doğru düşünsün və gərək düzgün seçim etsin. Bu seçiminə görə hərəkət etsin və irəli getsin.

Əgər insan bu fürsəti qənimət bilərsə və bu dünyada olan bir neçə sabahdan yaxşı istifadə edərsə, özünü kamala çatdıra bilər. O gün ki, dünyadan xaric olar - o kəs kimi olar ki, zindandan azad olmuşdur. Bu zaman həqiqi həyat başlanar".