İraqda xəstəxanada həlak olanların sayı 77 nəfər çatıb


Dünya 13 İyl 2021 14:24:00 112 0

İraqda xəstəxanada həlak olanların sayı 77 nəfər çatıb

İraqın cənubundakı NAsiriyyə şəhərində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş vermiş yanğın nəticəsində həlak olanların sayı 77 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İraq mətbuatı bildirir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Əl-Hüseyn xəstəxanasında oksigen balonu partlayıb. Partlayışdan dərhal sonra yanğın başlayıb.

Aprel ayında paytaxt Bağdadda xəstəxanada baş vermiş partlayış nəticəsində 82 nəfər həlak olmuş, 110 nəfər xəsarət almışdı.