Mehrinin sabiq rəhbəri həbs edildi


Digərləri 13 İyl 2021 14:40:00 109 0

Mehrinin sabiq rəhbəri həbs edildi

Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Mehri rayonunun keçmiş rəhbəri Mxitar Zakaryan 2 ay müddətinə həbs edilib. Bu barədə onun vəkili Yerem Sarkisyan "Facebook"da yazıb. Vəkil bundan əvvəl Zakaryanın həbsi zamanı hüquq-mühafizə orqanlarının qeyri-adekvat güc tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, müvəkkili özü polis şöbəsinə gəlib, heç bir təhlükə yaratmayıb. Bu səbəbdən vəkil polisin hərəkətlərini qanunsuz hesab edir.

"Standart ssenari... Məhkəmə Mxitar Zakaryanın həbsini qanunsuz olduğunu etiraf edir, ancaq onun barəsində 2 ay müddətinə həbs qərarı çıxardı", - Sarkisyan vurğulayıb. Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Zakaryan büdcədən vəsait mənimsəməkdə təqsirli bilinir.