Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu yerdən ilk görüntülər


Digərləri 13 İyl 2021 11:14:00 112 0

Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu yerdən ilk görüntülər

Tovuz döyüşlərindən 1 il ötür. Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələri endirilib. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib. General-mayor Polad Həşimov və daha 11 hərbçimiz şəhid olub. Əməkdaşlarımız Tovuz hadisələrinin ildönümü ilə bağlı  Tovuzda, döyüşlərin getdiyi ərazilərdə olublar. Həmin gün Tovuz hadisələrinin şahidi olan hərbçilər, kənd sakinləri  "XəzərXəbər"ə danışıblar .

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Tovuz döyüşlərindən bir il  ötür. 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan -Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini koud şəkildə pozdu. 

Düşmən əvvəlcə yüngül atıcı silahlardan 60, 82 , 120 millimetrlik minatanlar və daha iriçaplı digər ağır artilleriya  qurğulardan istifadə etməklə mövqelərimizi və sərhədboyu  bir sıra yaşayış məntəqələrimizi  Ağdam, Dondar Quşçu , Əliibəyli , Vahidli , Yuxarı Öysüzlü və Aşağı Öysüzlü atəşə tutub.

Həmin gün Tovuz hadisələrinin şahidi olan hərbçilər ilk dəfə həmin anları Xəzər Xəbərə danışdılar. 

Tovuz döyüşlərinin ən böyük itkisi isə Korpus komandirinin müavini, general-mayor Polad Həşimovun şəhid olması idi. Bu hadisə Azərbaycan xalqında həm kədər yaratdı, ancaq eyni zamanda da düşmənə olan nifrəti və qələbəyə olan inamı dəfələrlə artırdı. Bu hadisə onu açıq şəkildə ortaya qoymuşdu ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün savaşdan başqa yolu qalmayıb. Azərbaycanın milli qəhrəmanı general-mayor Polad Həşimovun şəhid olduğu gün baş verənləri bu anın şahidi olan  hərbçilər belə xatırlayır.

Bizim  arxamızda onların Berd rayonudu, Berd rayonunun  Çinarlı və Musaxeç kəndləridir. Bizim durduğumuz hazırdakı yerlə onların postunun arası 54 metrdir. 

Ermənistan ordusundan fərqli olaraq qürurverici hal o idir ki, Azərbacanı general və zabitləri əsgərlər bir yerdə səngərdə idilər.Gördüyünüz bu ərazidə Azərbaycanın Milli Qəhrəmanı General-mayor Polad Həşimov, Milli qəhrəman , polkovnik İlqar Mirzəyev  və döyüş yoldaşları şəhid olublar.