Gürcüstanda taksi və şəxsi avtomobillərdə də siqaret çəkmək qadağan oluna bilər


Dünya 12 İyl 2021 21:59:00 126 0

Gürcüstanda taksi və şəxsi avtomobillərdə də siqaret çəkmək qadağan oluna bilər

Gürcüstanda taksi və şəxsi avtomobillərdə də siqaret çəkmək qadağan oluna bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə bir təşəbbüslə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi çıxış edib.

Mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib ki, mütəxəssislərin ciddi etirazına baxmayaraq "Tütün məmulatlarına və siqaretə nəzarət haqqında" 2017-ci ildə qəbul olunmuş qanunda şəxsi avtomobillərdə və taksilərdə də siqaret çəkilməsinə icazə verilir.

Biz hesab edirik ki, uşaq və yeniyetmələr olduğu halda siqaret çəkilməsi qadağan edilməlidir.

Qamkrelidze deyib ki, taksi sürücüsü və ya sərnişin, eləcə də şəxsi avtomobillərdə oturan insanlar siqaret çəkməməlidir. Siqaret çəkilən zaman havaya buraxılan tüstünün tərkibindəki zərərli maddələr insan sağlamlığına, xüsusən də uşaqların sağlamlığına ciddi ziyan vurur.